Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-a çatdı

Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər ölüb․
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, հazırkı dövrədək 926 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.







