
Ermənistanın Rusiya Federasiyası ilə əməkdaşlığı kifayət qədər tam bir gündəmə malikdir və xarici siyasətimizin önəmli istiqamətlərindən biridir. Bu haqda Xarici işlər naziri Zohrab Mnatsakanyan parlamentin mayın 6-da olan iclasında bəyan edib.
O,xüsusilə qeyd etdi ki, bu əməkdaşlıq siyasətdən və təhlükəsizlikdən tutmuş mədəniyyət sahəsinə qədər bir sıra sahələri əhatə edir.
“Rusiyalı tərəfdaşlarımızla bütün sahələrdə fəal əməkdaşlığımızı biz davam etdiririk. Bəli, bəzi məsələlərimiz var, amma bunlar olmasaydı, bu o demək olardı ki, daha dərin məsələlər var. Bunlarsa çox vacib strateji münasibətlərdir”- deyə Mnatsakanyan qeyd edib.
Nazir həmçinin qeyd etdi ki, tərəflərin müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq edir və şübhəsiz ki, hər bir tərəfin öz önəmliklərinin olduğunu qeyd etdi.
“Biz öz rus tərəfdaşlarımızla iki ölkə xalqlarının rifahı naminə əməkdaşlığımızı davam etdiririk”-deyərək nazir təhlil etdi.
Baş nazir Lavrovun bəyanatının kimə yönəldiməsinə dair sualını belə cavablandırdı.
“Bunun kimə yönəldməsini uzun müddət təhlil etmək mümkündür. Biliyim qədər sual Azərbaycan tərəfindən verilib, cavab isə ona ünvanlandı”,- deyə nazir vurğulayıb.







