
Mayın 15-də Artsax Respublikasının Mərkəzi Seçki Komissiyası, 2020-ci il mayın 15-də Artsax Respublikasının Prezidenti seçilən Arayik Vladimiri Harutyunyanın Artsax Respublikası Prezidentinin vəsiqəsi ilə təmin edilməsi barədə qərar qəbul etdi.
Bu haqda Artsax Respublikası Mərkəzi Seçki Komissiyasının saytından məlumat verilib.
“Mərkəzi Seçki Komissiyasında sertifikatın Artsax Respublikası Prezidentinə təhvil verilməsi üçün planlaşdırılan ənənəvi təntənəli mərasim, mövcud fövqəladə vəziyyətdən irəli gələn müəyyən nizamın qorunması zərurəti səbəbindən keçirilməyib.
Artsax Respublikasının Mərkəzi Seçki Komissiyası, Artsax Respublikasının seçilmiş Prezidenti Arayik Vladimiri Harutyunyanı təbrik edir və ona səmərəli, bəhrəli fəaliyyət və uğurlar diləyir” –deyərək məlumatda bildirilib.







