
Yeni seçilmiş AR Prezidenti, Artsaxın həyati əhəmiyyəti naminə mübarizədə hər bir qurbanının xatirəsinə həsr olunmuş bir şam ağacının əkilməsi nəticəsində qarşıdakı illərdə şam meşəsinə çevriləcəyi və tamamlanacağını vəd etdi.
Artsax Respublikasının yeni seçilmiş Prezidenti Arayik Harutyunyan bu vəzifədə öz ilk qərarını verdi. Qərara əsasən, Respublika Prezidentinin şəkli əvəzinə yüksək vəzifəli məmurların kabinetlərində bundan sonra həlak olmuş doğmalarının və qohumların və ya qəhrəmanların şəkilləri asılacaqdır. Bu haqda məlumatı özünün Facebook səhifəsi vasitəsi ilə o, bəyan etdi.
“Əgər Prezidentin şəkilinin yüksək vəzifəli məmurların kabinetlərinə asılması, dövlətçiliyə olan,mövcud vəzifəlinin yaxud vətəndaşın hörmət təsviri, əlamətidirsə, onda mənim tövsüyyəm və istəyimdir ki, bundan sonra Prezidentin fotoşəkili əvəzində həmin iş otaqlarının ən görkəmli bucağında həlak olmuş doğmalarının yaxud qəhramanlarımızın fotoşəkillərini yerləşdirsinlər”-deyərək o, yazıb.
Harutyunyan qeyd etdi ki, bu, Artsax Respublikasının Prezidenti olaraq ilk qərarıdır. “Xalqımızın azad, ədalətli və ləyaqətli gələcəyinin qurulması naminə onlar həyatlarını qurban verdilər ki, həyatada qalanlarımız onların vəsiyyətini həyata keçirək.
Baxın, qoy hər bir vəzifəli kimin ki, formalaşacaq hökumətdə yeri olacaqdır, hər iş gününə başlamazdan öncə, həlak olmuş qəhramanların görlərinə baxaraq cəsarəti olsun özü-öz gözlərinin içinə baxaraq öz-özündəndən soruşsun, doğurdanmı onların sədaqətli işini davam edə biləcək…”-deyərək Prezident əlavə edib.
O, qeyd edib ki, bizim həlak olmuş erməni övladlarının hörməti bizim vicdanımızdır, bizim çətin və ağır keçmişimizin, bizim işıqlı, firəvan gələcəyimizə olan vicdanımızdır ki, onun da inşaatçısı bizlərdən hər biridir.
Harutyan yazıda əlavə etdi ki, Artsaxın yaşamaq uğrunda mübarizəsinin hər bir qurbanının xatirəsinə həsr olunmuş şam meşəsinin yaradılması , yaxın illərdə mütləq başa çatdırılacaqdır. ununla da hərbi-vətənpərvərlik tərbiyəsi xüsusi yer tutacaqdır.
Xatırladaq ki, dünən Harutyunyan da bu ilin sentyabrın 1-dən etibarən Artsaxda ali təhsilin pulsuz olacağını bəyan etmişdir.
Aprelin 14-də Artsax Respublikasında keçirilən Prezident seçkilərinin ikinci mərhələsinin nəticələriylə əvvəllər Artsax Respublikasının Baş naziri postunu tutan “Azad Vətən” partiyasının lideri Arayik Harutyunyan Prezident seçildi.
”Sputnik Armeniya”ya istinadən qeyd edək ki, Prezident seçkilərinin ikinci mərhələsində Artsax Respublikasının Xarici işlər naziri Masis Mailyan onunla rəqabətdə qalmışdır.







