Azərbaycan Ermənistan-Azərbaycan sərhədindəki əməliyyatlarını dayandırmalıdır. Bu barədə “Facebook” səhifəsində ER XİN mətbuat katibi Anna Nağdalyan yazıb.
“Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində gərginliyini davam edən cəhdlərini və bu məqsədlə Tavuşun Şinari və Aygepar kəndlərinin sivil mülki infrastrukturlarının və əhəlinin hədəflənməsini qəti şəkildə pisləyirik. Bu, beynəlxalq humanitar hüququnun açıq şəkildə pozulmasıdır”,- deyə Anna Nağdalyan yazıb.
Onun sözlərinə görə, Azərbaycan sonrakı gərginliyin qarşısını almaq üçün addımlar atmalıdır. Bunların bütün məsuliyyətini Azərbaycan tərəfi üzərə düşəcək.