Ermənistan Silahlı Qüvvələri döyüş tapşırıqlarını tam yerinə yetirir.
ER Silahlı Qüvvələri Tavuş istiqamətində iki gün davam edən döyüşlərdə Azərbaycana məxsus 10-a yaxın dron vurublar. Bunu Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan İcevanda keçirilən brifing zamanı bildirib.
“Deyə bilərəm ki, iyulun 12-dən bəri rəqibin 10-a yaxın pilotsuz uçuş aparatı, o cümlədən bugünkü Hermes 900 dronu məhv olunub”.
Onun sözlərinə görə, ER Silahlı Qüvvələri döyüş tapşırıqlarını tam yerinə yetirir.
Qeyd edək ki, iyulun 12-də Azərbaycan Silahlı Qüvvələri Tavuş istiqamətində yerləşən erməni mövqelərini atəşə tutublar. Ermənistan tərəfinin cavab tədbirləri nəticəsində rəqib itkilərlə geri çəkilib. İyulun 13-də Azərbaycan SQ-i yenə erməsi müvqelərinə atəş açıblar. Eyni zamanda Ermənistanın sərhədyanı kəndləri də atəşə tutulub. Son məlumatlarla Ermənistan tərəfindən 4, Azərbaycan tərəfindən isə 11 itki vardır.