Sos Avetisyanın AŞPA-dakı çıxışı: “Cənab Saidov bilmirsən nə üçün başqa bir məqamı qeyd etmir, hansı ki, bu hesabatda yer tapmalı idi”(Video)
AŞPA erməni nümayəndə heyətinin üzvü Sos Avetisyanın AŞPA-dakı çıxışı:
“Xanım sədr,təçəkkürlər. Ermənistanda keçirilən seçkilərin vacibliyini vurğulayan həmkarlarımız xanım Bayerə və cənab Poçeyə həmçinin təşəkkür etmək istəyirəm.
Azərbaycanın Artsax Respublikasına təcavüzü nəticəsində yaranan bütün çətinliklərə baxmayaraq, xalqımın seçkilərdə müdrik şəkildə iştirak etməsinə, hökumətini seçməsinə, Ermənistanın demokratik yolunu qətiyyətlə davam etdirməsi üçün olduqca şadam.
Mən eləcə də Sizə, apreldə bizim hərbi əsirlərə dair müzakirələr üçün təşəkkür etmək istəyirəm,hansı ki, Azərbaycanla dialoqa, beynəlxalq təzyiqləri artırmağa və beləliklə əsirlərimizi təhvil verməyə imkan yaradan müzakirələrə görə də təşəkkür edirəm.
Səyləriniz üçün təşəkkür edirəm və eyni ruhda davam edəcəyinizi ümid edirəm. Bu mənim buradakı son çıxışlarımdan biridir, amma əminəm ki, dəyərləriniz sayəsində Azərbaycana qarşı beynəlxalq təzyiqlər artacaqdır.
Cənab Saidov rellıqla beynəlxalq səylər barədə qeyd etdi.Onların sayyəsində bizim bəzi hərbi əsirlərimizi geri qaytara bildik.
Lakin cənab Saidov bilmirsən nə üçün bu hesabata daxil edilməli olan başqa bir vəziyyətdən danımadı, xüsusilə o haqda ki, mayın 12-də Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozaraq bizim süvener ərazimizə sızmışdır.
ATƏT-in Minsk Qrupunun bütün həmsədrləri – Rusiya, ABŞ, Fransa və digər beynəlxalq ifaçılar qarışmış və qətiyyətlə qeyd etmişlər ki, Azərbaycan öz qoşunlarını geri çəkməlidir, amma onlar hələ də oradadırlar.
Bu, sülhə heç bir şəkildə kömək etmir, çox danışmağı sevdiyiniz ərazi toxunulmazlığı baxımından anlaşılmazdır.
Digər çox vacib məqamı qeyd etmək istərdim ki, o da Azərbaycan orada girov kimi saxlanılan şəxsləri, bizim hərbi əsirlər mövcudluğunu imtina edirdi.İndisə Azərbaycan orada əsir götürülən şəxslərin olduğunu etiraf edir.
Məsələn, bu yaxınlarda Əliyev ilə Erdoğan Artsaxın işğal olunmuş Şuşi şəhərini ziyarət edərkən, onlar bizim hərbi əsirlərimiz barədə elə danışırdılar ki, sanki, onlar kazino fişkalardı.
Mənim həmkarım bu söhbəti daha ətraflı təsvir edəcək. Sonda insan olaraq qalmağımızı istəyirəm, eyni zamanda bütün bu humanitar problemlərin ən qısa müddətdə həll olunmasını istəyirəm ki, bölgə xalqları arasında sülh və firavanlığa ümid yaransın, hansı ki, ümidvaram bir gün olacaqdır.







