
Rusiya sülhməramlı qoşunlarını Dağlıq Qarabağdan çıxarmaq niyyətində deyil. Bu barədə rusiyalı hərbi ekspert Vladimir Yevseyev bildirdi.
“Mən hesab edirəm ki, Rusiya 5 ildən sonra sülhməramlılarını [Dağlıq Qarabağdan] çıxarmağı planlaşdırmır. Ancaq təbii ki, hər şey mövcud vəziyyətdən asılı olacaq. Əlbəttə, Azərbaycan hər şəkildə rus sülhməramlılarını çıxarmağa çalışacaq, amma bunun uğur qazanacağını düşünmürəm”,- ekspert deyib.
Yevseyev qeyd etdi ki, müharibədən təxminən bir il sonra Azərbaycan əslində işğal etdiyi əraziləri mənimsəmir.
“Azərbaycanın Qarabağı necə mənimsədiyini görmürəm. Bu görünmür. Hərbi baxımdan bəzi mənimsəmə var, lakin bu ərazilərdə insanlar yaşamırlar. Belə çıxır ki, müharibə zamanı həlak olan 7 min azərbaycanlı boş yerə öldü. İşğal olunmuş ərazilərdə heç kim yaşamır. Belə olan halda bu qədər insan nə üçün həlak olub? Məsələn, ərəblər Dağlıq Qarabağda nə edirlər?Suallar çoxdur. Buna görə də, düşünürəm ki, dörd ildən sonra nə olacağı barədə danışmaq hələ tezdir. Amma hər halda düşünürəm ki, Rusiya sülhməramlılarını çıxarmaq niyyətində deyildir”,-ekspert vurğuladı.







