BaşlıcaSiyasət

Armen Sarkisyana Si Tsinpin təbrik məktubunu göndərib: “Sizinlə birlikdə dostluq münasibətlərini möhkəmləndirməyə hazıırq”

Çin Xalq Respublikasının  lideri Si Tsinpin Ermənistanın Müstəqillik Günü münasibətilə Prezident Armen Sarkisyana təbrik məktubu göndərib.

Bu haqda Ermənistan Respublikası Prezident aparatının İctimaiyyətlə əlaqələr idarəsindən  məlumatlandırıb.

“Müstəqilliyin 30 -cu ildönümü münasibətilə Sizə, dost Ermənistan xalqına Çin Hökuməti, xalqı və şəxsən öz adımdan ən səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Hazırda Çin ilə Ermənistan arasında ikitərəfli münasibətlərin inkişaf dinamikası qorunub saxlanılır.

Mən Ermənistan-Çin münasibətlərini çox yüksək qiymətləndirirəm, siyasi qarşılıqlı etimadı dərinləşdirmək, ənənəvi dostluq əlaqələrini gücləndirmək və iki ölkə və xalqların rifahı naminə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün sizinlə birlikdə işləməyə hazıram. .

“Sizə möhkəm can cansağlığı, erməni xalqına isə sülh – əmin amanlıq arzulayıram”.

Daha çox göstər
Back to top button