
ABŞ Nümayəndələr Palatası, konqresmen Toni Kardenas, Adam Şif və Bred Şerman tərəfindən Azərbaycandan erməni hərbi əsirlərin azad edilməsini tələb edən və erməni əhaliyə qarşı qanunsuz silahların və fosfor silahlarının istifadəsi də daxil olmaqla, Bakının hərbi cinayətləri haqqında hesabat hazırlamağa çağıran dəyişikliyi qəbul edib.
Dəyişiklik, həmçinin Türkiyə PUA-larında ABŞ texnologiyasından istifadə ilə bağlı araşdırma aparılmasını tələb edir. Qeyd olunur ki, onlar 2020-ci ildə 44 günlük müharibə zamanı erməni əhalisini hədəf almaq üçün istifadə edilib.
Dəyişiklik Ceki Spir,Endi Levin, Gas Bilirakis, Zoi Lofgren, Frenk Palon, Yan Şakovski, Deyvid Valadao, Cudi Çu, Anna Eşu, Keti Porter, Yang Kim, Raca Krişnamorti və Dina Titus tərəfindən dəstəklənib.







