BaşlıcaSiyasət

Gürcüstan Ermənistan-Azərbaycan dialoqu üçün “Tbilisi platforması” təklif etdi

Gürcüstan baş naziri Ermənistanla Azərbaycan arasında diloq üçün tərəflərə “Tbilisi platforması” təkli etdi.

İrakli Qaribaşvili qeyd etdi ki, Gürcüstanın iki qonşu ölkə arasında vasitəçi olması halı olmamışdı.

“30 il bundan əvvəl müstəqilliyimizi əldə edəndən bəri hələ belə hal olmamışdı ki, Gürcüstan iki qonşusu arasında vasitəçilik etsin. Mənim təşəbbüsüm sülh prosesinin daha yüksək səviyyədə davam etdirilməsini nəzərdə tutur. Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçiliyimizi və Tbilisidə yaratmaq istədiyimiz platformadan istifadəni təklif edirik”,- Baş nazir qeyd etdi.

Daha çox göstər
Back to top button