
Azərbaycan təhlükəsizlik məsələlərində xarici qüvvələrə güvənərək illüziyalara aldanmamalıdır. IFP xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xarazi deyib.
“Niyyətləri, qanunsuz məqsəd və maraqları nəzərə alınmaqla, bu, bölgədə hərbi rəqabətə səbəb ola bilər və zərər verə bilər. Bundan əlavə, xarici dövlətlərin rolu nə qədər çox olarsa, o ölkə onlardan daha da asılı olacaqdır”,-Xarazi qeyd etdi.
O xəbərdarlıq etdi ki, “sionist rejim, Azərbaycanın indiki hökumətinin strateji səhvləri səbəbindən bölgədə müharibə alovlandıracaq və bu, bir fəlakət olacaqdır”
O qeyd edib ki, İslam Respublikası müstəqilliyi və xarici qüvvələrdən müstəqil olması səbəbindən bölgədə mübahisəsiz bir qüvvədir.







