Biçaxçyan pasport dəyişiklikləri haqqında: “Artsax vətəndaşları məsələsi də həll olunacaq”

ER polisinin pasport və vizalar İdarəsinin keçmiş rəisi Mnatsakan Biçaxçyan, journalist ilə efirdə pasportda konkret doğum yerini göstərmək imkanı verən ER vətəndaşının pasport qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsindən danışdı.
Beynəlxalq təcrübənin araşdırılması göstərdi ki, pasportda ölkə deyil, şəhər, rayon, kəndin doğum yeri kimi göstərilməsinə icazə verilən ölkələr var, buna görə də Ermənistan da bu addımı atdı.
Bu haqda jurnalistlə söhbətində ER polisinin passport və vizalar idarəsinin keçmiş rəisi Mnatsakan Biçaxçyan qeyd edib.
O, praktikada bəzi problemlərin olduğunu, məsələn, vətəndaşın Yerüsəlimdə doğulduğunu, ER vətəndaşlığı aldığını, İsrail pasportu üçün müraciət etdiyini, İsrailin adının çəkilməməsini israr etdiyini qeyd edib.
Ona görə ki, Fələstinə gedərkən problem yaşadığını söyləyib. Bunu həyata keçirməksə hüquqi cəhətdən mümkün deyildi. Çünki qanun buna icazə verməyib.
“Yenə bir problem vətəndaşın tanınılmayan ölkədə doğulması zamanı yaranır.
Biz beynəlxalq standartlara əsaslanaraq təbii olaraq tanınılmayan dövlətin adını çəkə bilmərik.
Bundan başqa, sadə hüquqi baxımdan Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydaları belə bir proqram təminatını tətbiq etmək üçün icazə vermir”- deyərək ER polisinin pasport və vizalar İdarəsinin keçmiş rəisi bildirib.
Biçaxçyanın sözlərinə görə, Xarici işlər nazirliyi ilə əməkdaşlıq etdiyi müddətdə beynəlxalq təcrübəni öyrənərək bir layihə dövriyyəyə buraxıldı ki, belə hallarda vətəndaş istədiyi vaxt pasportunda doğum yerini könüllü olaraq göstərə bilər hansı ki, vətəndaşın mənafelərindən doğur.
Artsax Respublikası vətəndaşları ilə bağlı məsələyə toxunan Biçaxçyan, layihənin bu problemi də həll etməyi hədəflədiyini vurğuladı.
“Vətəndaşın Ermənistan pasportu almaq üçün müraciət etdiyi, lakin doğum haqqında şəhadətnaməsində Azərbaycan SSR -in adı çəkildiyi hallar olub.
O, israr edirdi ki, “Azərbaycan” adı yazılmasın və “Artsax” variantı yazılsın. Halbuki sonuncu süveren ölkə olaraq tanınılmayıb.
Odur ki, Ermənistan Respublikası qeyd olunur. Baxmayaraq ki,doğum haqqında şəhadətnamə və pasport məlumatları ilə əlaqədar xaricdə bəzi problemlər yaşandı.
Ancaq indi vətndaşın istəyi ilə pasportda onun istəyi ilə doğum yerinin adı ölkənin adı olmadan yazıla bilər” – deyərək ER polisinin passport və vizalar idarəsinin keçmiş rəisi qeyd edib.







