BaşlıcaSiyasət

Roma Papası Fransisk prezident Sargsyanı Müqəddəs Taxt-Tacın ali ordeni ilə təltif edib

Roma Papası Fransisk ER prezidenti Armen Sargsyanı Ermənistanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafına verdiyi böyük töhfəyə görə, eləcə də ER-nın Vatikandakı birinci səfiri olaraq Grand Collar of the Papal Order of Pius IX ilə təltif edib. Bu barədə ER Prezident Aparatı məlumat yayıb.

Qeyd olunub ki, Prezident Sargsyan Ermənistanda ilk, regionda yeganə Müqəddəs Taxt-Tacın ali ordeni ilə təltif olunan şəxsdir. Bu yüksək mükafatı almağı böyük şərəf hesab edən prezident Sargsyan xüsusilə qeyd edib. “Mən bunu təvazökar işimə verilən qiymət kimi qəbul edirəm, çünki o, Ermənistanın Müqəddəs Taxt-tacda ilk səfiri olduğumu etiraf edir. Mən həmişə Ermənistanla Vatikan arasında sıx münasibətlərə çalışmışam. Buna görə də daha çox işlər görəcəyimə söz verərək bunu qəbul edirəm”.

Daha çox göstər
Back to top button