BaşlıcaSiyasət

Azərbaycanda erməni dilinə maraq haqqında türkoloq: “Bir alətə çevriləcək”

YDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan  efirdə jurnalstlə söhbətində Azərbaycanda erməni dilinə marağın getdikcə artmasından danışıb.

Azərbaycanda erməni dilinin tədrisi çoxdan başlayıb, Ermənistandan Azərbaycana köçən və ermənicə danışan bir çox insanlar qonşu ölkədə müəyyən sahələrə cəlb olunublar ki, bu da kifayət qədər ciddi resursdur, ona görə də bu aktivləşmənin bizə müsbət meyilləri ola bilməz.

Türkoloq Ruben Melkonyan jurnalistlə söhbətində müsahibəsində belə bir fikir söyləyib.

“Azərbaycanda ermənişünaslığın inkişafı və ya erməni dilinin tədrisinin aktivləşdirilməsi birmənalı olaraq siyasətin elementidir.

Çünki erməni dili, mədəniyyəti və tarixi elm baxımından deyil, sadəcə antiermənilik siyasətində  həmin şəxslər bir alətə çevrilərək cəlb olunacaqlar” – deyərək türkşünas  qeyd edib.

Ermənistanda baş verənlərlə bağlı suala toxunan Melkonyan 2000-ci illərin ikinci yarısından konkret YDU-nun  Şərqşünaslıq fakültəsində Azərbaycan dilinin tədris olunduğunu, bu addımın bir qədər gec olduğunu, lakin tədrisin illərlə tarixi olduğunu vurğulayıb.

Bununla belə, həm də azərbaycanşünaslıq proqramı mövcuddur, hansı ki,2018-ci ildə  hakimiyyət dəyişikliyindən sonra dayandırılmışdır.

 “Bu il proqramın tədricən bərpasına cəhd edilir: Biz təkcə Azərbaycan dilini deyil, o ölkəni, onun siyasətini, ədəbiyyatını öyrənirik.

Bu kontekstdə düşmən ölkəyə ondan gələn bütün nəticələrlə yaxşı tanış olan mütəxəssislər hazırlanır” – deyə türkoloq bildirib.

Melkonyanın fikrincə, Azərbaycan dilinin öyrənilməsi üçün resurslar və vasitələr yetərli deyil, ona görə də onun artırılmasına ehtiyac var, dövlət diqqətinin artırılmasına ehtiyac var, çünki bu məsələ dövlət və milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, Ermənistanın (hökumətdən asılı olmayaraq) qonşu ölkə haqqında əlavə biliklərə ehtiyacı var.

Cəmiyyətimiz nə qədər ki, Azərbaycanın hədəfindədir  onun öz təhlükəsizlik ideyaları olmalıdır. Melkonyanınqənaətincə,

 ən elementar biliklər belə, bu gün Azərbaycanda uşaq bağçalarından tutmuş bütün sahələrə qədər hansı sərsəm antierməni siyasətinin aparıldığını təsəvvür etməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycanda erməni dilini tez öyrənməyə başlayıblar.

Dillər Universitetində xüsusi kurslar fəaliyyətə başlayıb.

Bildirilir ki, dinləyicilər əsasən Dövlət Təhlükəsizliyi xidmətinin, Xarici işlər nazirliyinin əməkdaşları, sərhədçilər və jurnalistlərdir.

Dərslər yalnız tələbələr üçün pulsuzdur.

Digərləri üçün kursun aylıq qiyməti 60-120 manat (35-70 dollar) arasında dəyişir.

Daha çox göstər
Back to top button