
Noyabrın 2-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana iki günlük rəsmi səfərə gəlib.
ER Müdafiə Nazirliyinin məlumatına görə, qarşılama mərasimindən sonra geniş tərkibdə nümayəndə heyətinin görüşü baş tutub.
Ermənistanın müdafiə naziri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edib. Görüş zamanı regionda sülhün və davamlı inkişafın zəruriliyi vurğulanıb.
Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərinə, eləcə də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı bir çox məsələlərə də toxunublar.
Səfər çərçivəsində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün Erməni Soyqırımı Memorialını ziyarət edəcək.







