Düşmən Mədətaşen kəndinin məktəbini, mədəniyyət evini, abidəni dağıdıb

Düşmən Mədətaşen kəndinin məktəbini, mədəniyyət evini, abidəni dağıdıb, kilsəsinə ziyan vurub. Bu barədə məlumatı “monumentwatch.org” saytı yayıb.
“10 oktyabr 2021-ci il tarixli peyk fotolarına görə düşmən Askeran rayonunun Mədətaşen kəndindəki məktəbi dağıdıb və məktəbin yanındakı kilsənin divarına çatıb, kilsə təhlükədədir.
Məktəb 2015-ci ildə “Mədətaşen” məktəbi SNCO adlandırıldı, məktəb ərazisində kənd bələdiyyəsi və mədəniyyət evi dəvar idi. Kilsənin yanında Artsax azadlıq müharibəsinin qurbanlarına həsr olunmuş abidə də var idi ki, bu da kəndin işğalından dərhal sonra düşmən tərəfindən dağıdıldı. Azərbaycan tərəfinin yaydığı videoda azərbaycanlı hərbçilərin Artsax azadlıq müharibəsi qəhrəmanlarının abidəsini necə sındırması, dağıtması və məhv edilməsi açıq-aydın görünür.
Əlavə edək ki, Azərbaycan işğalından əvvəl çəkilmiş video sübut edir ki, məktəb və ona bitişik abidə var idi”,- deyə qeyd olunub.







