Böyük Britaniyanın İcmalar Palatası Erməni Soyqırımı ilə bağlı qətnaməni birinci oxunuşda qəbul edib

Britaniya parlamentinin İcmalar Palatası birinci oxunuşda “Erməni Soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Bu haqda Britaniyanın Hay Dat İdarəsi məlumatlandırıb.
“Bu gün Erməni məsələsi üçün tarixi bir gündür. Bu gün erməni soyqırımı ilə bağlı qətnamə heç bir etiraz edilmədən birinci oxunuşda qəbul edilib.
Növbəti oxunuş 2022-ci il martın 18-də keçiriləcək. Biz Tim Luftona və bu uğurun bütün dəstək olan bütün təşkilatlara minnətdarıq” – deyərək Amerika Hay Dat Komitəsinin yaydığı bəyanatda qeyd olunub.
Qətnamə Böyük Britaniya hökumətindən 1915-1923-cü illərdə törədilmiş Erməni Soyqırımını və qurbanların xatirəsini, habelə Erməni Soyqırımı, bununla bağlı insan hüquqları pozuntuları və müharibə haqqında ictimaiyyəti məlumatlandırmaq üçün illik sərəncam təsis etməyi rəsmən tanımasını tələb edir.







