
Erməni şirkəti Avropa İqtisadi Birliyi ərazisində mülki təyyarələrin birgə istehsalında maraqlıdır. Söz Ermənistanda Avrasiya İqtisadi Birliyinin sözügedən proqramında iştirak etmək üçün ərizə verən yeganə şirkət olan “Eçmiadzin Alətqayırma Zavodu” QSC-dən gedir. Hazırda Ermənistan şirkəti ilə yanaşı, Avrasiya İqtisadi Birliyinin 80-ə yaxın şirkəti proqramda maraqlıdır.
Proqram Avrasiya İqtisadi Komissiyasının noyabrın 9-da keçirilən iclasında təsdiq olunacaq.
Birlik ölkələrinin istehsalçılarına innovativ, perspektivli yüksək texnologiyalı məhsulların kooperativ zəncirlərində iştirak etmək təklif olunur.







