
Ötən gün Syunikdə Azərbaycan silahlı qüvvələrinin ER dövlət sərhədini qanunsuz keçməsi və ER ərazi bütövlüyünü pozması faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə ER baş prokurorunun müşaviri Gor Abrahamyan öz Facebook səhifəsində yazıb.
“2021-ci ilin noyabrın 14-də, saat 12:00 radələrində Azərbaycan Respublikası silahlı qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən qanunsuzcasına Syunik bölgəsinin Sisian şəhərinin inzibati ərazisinə bitişik ER dövlət sərhədini keçərək, ER ərazisində 1-2 km irəlilənməsi, ER SQ-nin 4 döyüş mövqeyinə yaxınlaşması, oradakı hərbçilərə qarşı təhdidlər səsləndirməsi, ER ərazisinin bu hissəsini Azərbaycana təhvil verilməsi üçün hərəkətlərin aparılması və silahın tətbiq etmə təhdidləri ilə ER SQ-nin hərbçilərini həmin ərazidən getmə tələblərin səsləndirilməsi faktı ilə bağlı ER Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsi, 300.2-ci maddəsinin əlamətləri ilə ER Yeğegnadzor qarnizonunun Hərbi Prokurorluğunda cinayət işi başlanıdı”.







