
Dünyanın susqunluğu, beynəlxalq təşkilatların passiv davranışı, onların “eskalasiya edən tərəfləri” dayandırmaq üçün ünvansız çağırışları Ermənistanın qarşısında yalnız bir çıxış yolu qoyur – Azərbaycanın silahlı təcavüzünə müqavimət göstərmək. Belə bir fikri “Armİnfo”ya Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun direktoru Stepan Safaryan deyib.
“Bakının növbəti hərbi təcavüzünün motivləri aydındır: baş nazir Nikol Paşinyana Putin və Əliyevlə yeni üçtərəfli görüşə razılıq verməyə məcbur etmək üçün təzyiq. Aydındır ki, belə bir görüşün gündəliyində duran əsas məsələ, yəqin ki, Yerevanı Bakı və Ankara üçün Azərbaycan və Naxicevanı Türkiyə ilə birləşdirən dəhliz verməyə məcbur etməkdir.
Ermənistanın, əslində, yeganə çıxış yolunun – düşmən, sürünən silahlı təcavüzə müqavimət formasında qaldığını göstərən və təsdiqləyən amillər arasında Safaryan Ermənistanın strateji müttəfiqi olan Rusiyanın “müşahidə-vasitəçilik mövqeyi”ni, bir sıra beynəlxalq təşkilatların cavab verə bilməməsini, xüsusilə üçüncü ölkələrdə belə böhranlarını həll edə bilməməsini xüsusi qeyd edib. Onun fikrincə, indiki şəraitdə həmin təşkilatlar böhran içindədir.
“Biz görürük ki, bütün bunlarla yanaşı, Ermənistan üçün daha bir çağırış – “3+3” formatı da əlavə olunub. Türkiyənin yaratdığı çağırış, anladığımız kimi, “3+3” Ankaranın maraqlarına, ola bilsin, Moskvanın maraqlarına uyğundur, amma şübhəsiz ki, Yerevanın maraqlarına uyğun deyil. Bu gün vəziyyət çox ciddi və həyəcanlıdır. Əliyevin törətdiyi sürünən təcavüz çox uzun müddət davam edə bilər. Ona görə də vəziyyətin dondurulması təbii ki, bizim maraqlarımıza uyğun gələ bilməz. Beynəlxalq hüququn, ərazi bütövlüyünün və suverenliyinin kobud şəkildə pozulması baş verir. Ermənistan isə bütün bu pozuntular fonunda istənilən halda beynəlxalq strukturlardan işğalçı dövlətə qarşı müvafiq mexanizmlərin tətbiqini tələb etməlidir”, – deyə analitik yekunlaşdırıb.







