BaşlıcaSiyasət

ER Baş nazirinin müavini və AİK naziri Aİİ-də əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər

ER Baş nazirinin müavini Mher Qriqoryan makroiqtisadi inteqrasiya və Avrasiya İqtisadi Komissiyasının naziri Sergey Qlazyevi qəbul edib.

ER Baş nazirinin müavini Mher Qriqoryanın  iş heyətindən bildirilib ki, görüş zamanı həmsöhbətlər Aİİ çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

Avrasiya iqtisadi inteqrasiyasının 2025-ci ilə qədər inkişafına dair strateji proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə də toxunublar.

Mənbənin məlumatına görə, Mher Qriqoryan və Sergey Qlazyev Aİİ strategiyasında nəzərdə tutulan yeni istiqamətlər, o cümlədən birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button