
ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün konqresmen Frenk Palonun təqdim etdiyi Milli Müdafiə Səlahiyyəti Aktına düzəlişi qəbul edib.
Milli Müdafiə Səlahiyyəti Aktına konqresmen Adam Şiffin təqdim etdiyi düzəliş də daxil olunub. Bunula Azərbaycanda saxlanılan hərbi əsirlərin və mülki şəxslərin dərhal azad edilməsini tələb olunur. Bu ifadə daha sonra 2020-ci ilin payızında Azərbaycan-Türkiyə qüvvələrinin başlatdığı ölümcül 44 günlük müharibə ilə bağlı Müdafiə Nazirliyinin hesabatını tələb edir. Hesabatda münaqişə zamanı istifadə olunan Amerika silahları və texnoloji vasitələri ilə bağlı faktlar, Azərbaycanın geniş şəkildə istifadə etdiyi xarici aktyorların müdaxiləsi ilə bağlı məlumatlar təqdim edilməlidir. Dəyişiklik həmçinin nazirlikdən 9 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın tələblərinə məhəl qoyulmaması faktlarını qiymətlənd irməyi tələb edir.







