BaşlıcaSiyasət

Rusiya səfiri Qarabağda Rusiya sülhməramlılarının qeyri-müəyyən müddətə qalmasına toxunub

Qarabağda Rusiya sülhməramlılarının olması insanların təhlükəsizlik hissi ilə yaşamasının təmin edilməsinə mühüm töhfədir. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Terevanda keçirilən “Yeni nəsil” proqramının məzunlarının yubiley görüşündən sonra bildirdi.

Səfirin sözlərinə görə, Rusiya sülhməramlı qoşunlarının rolunu və əhəmiyyətini qiymətləndirmək olmaz.

“Konkret razılaşmalar var, sülhməramlı qoşunlarımızın konkret fəaliyyəti var. Bu, bu bölgədə təhlükəsizlik hissi və gələcəyə baxışı ilə yaşayan insanlara həqiqətən mühüm töhfə verir. Bu, həqiqətən də belə çətin vəziyyətdə sülhün və pozitivliyin ciddi və mühüm amilidir”,- deyə səfir vurğuladı.

Tərəflərin gələcək hərəkətləri və sülhməramlıların Qarabağda qeyri-müəyyən qalmasının mümkünlüyü barədə danışan diplomat “Həyat göstərəcək”,- deyib.

Daha çox göstər
Back to top button