ArtsaxBaşlıca

Azərbaycanlıların açdığı atəş nəticəsində Amarasda qalmış traktor sülhməramlıların vasitəçiliyi ilə çıxarılıb

Dekabrın 10-da Amarasda çöldə qalan traktor Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün çıxarılıb. Bu barədə Saruşen kənd bələdiyyyəsi məlumat yayıb.

“Bu gün, dekabrın 13-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə dekabrın 10-da Amarasda çöldə qalmış traktor çıxarılıb, həmçinin payızlıq səpin işləri davam etdirilib, buna görə Rusiya sülhməramlılarına təşəkkür edirik”, – bələdiyyədən bildiriblər.

Xatırladaq ki, dekabrın 10-11-də Saruşen kənd icmasının sakinləri Amaras vadisində öz torpaqlarında əkinçilik işləri apararkən azərbaycanlılar traktorlara atəş açıblar.

Daha çox göstər
Back to top button