BaşlıcaSiyasət

Putin Makronla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Dekabrın 14-də Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ölkə liderləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.

Rusiya Prezidenti, həmçinin fransalı həmkarına atəşkəs rejiminə riayət edilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıb.

Daha çox göstər
Back to top button