
Azərbaycan prezidenti İlham Əliyev ER baş naziri Nikol Paşinyanla Brüsseldə aparılan danışıqları “səmərəli və praqmatik” adlandırıb.
“Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdi. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlər müzakirə olundu, nəticə etibarilə səmərəli və praqmatik keçdi”, – deyə Əliyev Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində deyib, TASS xəbər verir.
“Şərq Tərəfdaşlığı” sammitində Ermənistan və Azərbaycan arasında “konstruktiv atmosfer” yaradılıb”, – deyə o, Avropa İttifaqının rolunu vurğulayıb. Əliyev əlavə edib ki, bu fürsətdən istifadə etmək və regionda davamlı sülh üçün çalışmaq vacibdir.
Qeyd edək ki, Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş dekabrın 14-də Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə baş tutub.







