
ER Baş naziri bəyan edib ki, hazırda anklavların mövcudluğu üçün heç bir hüquqi əsas tapılmayıb.
“Anklavlar haqqında çox danışılıb və indiyədək araşdırmalarımızda anklavların mövcudluğu üçün hüquqi əsas tapmamışıq. Xatırlayırsanız mən demişdim, xəritə nədir? rəsmdir, istədiyin kimi çəkə bilərsən, qanuni əsaslara baxmaq lazımdır.
Bizə elə gəlir ki, biz bu il ərzində bütün mümkün sənədləri artıq araşdırmışıq. Bəlkə sonra ortaya çıxacaq, lakin hazırda mövcud deyil”,-deyə ER Baş naziri Nikol Paşinyan onlayn birifinq zamanı bildirib.







