Başlıcaİctimaiyyət
Tütün qadağasının bir sıra müddəaları qüvvəyə minib

Parlamentin “Mənim addımım” fraksiyasının deputatı Arsen Torosyan “Facebook” səhifəsində yazıb ki, 2022-ci il yanvarın 1-dən “tütün məmulatlarından istifadənin sağlamlığa vurduğu zərəri azaltmaq üçün” bir sıra qanun müddəaları qüvvəyə minib.
Bu müddəalara əsasən, hər hansı tütün məmulatının – ənənəvi siqaretlərin, elektron siqaretlərin, nikotin məmulatlarının satış məntəqələrində, ictimai iaşə obyektlərində ictimaiyyətə nümayişi qadağandır.
“Bu müddəaların zaman keçdikcə tam tətbiqi ölkəmizdə tütündən istifadəni xeyli azaldacaq ki, bu da əhalimizin sağlamlığını və ölkə iqtisadiyyatının inkişafını xeyli yaxşılaşdıracaq”.-deyə o qeyd etdi.







