Başlıcaİctimaiyyət
Rusiya sülhməramlıları Milad ərəfəsində 2000-ə yaxın avtomobilin Qarabağa təhlükəsiz girişini təmin ediblər

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Milad bayramı ərəfəsində Rusiya sülhməramlıları nəzarət-buraxılış məntəqələri və Laçın dəhlizi vasitəsilə 2000-ə yaxın maşının Dağlıq Qarabağa təhlükəsiz daxil olmasını təmin ediblər.
“Rusiya sülhməramlı qoşunlarının müşahidə məntəqələri ştat rejimində işləyir, giriş-çıxışda sənədlər və nəqliyyat vasitələri yoxlanılmaqla qeydiyyat rejimi həyata keçirilir”, – Rusiya sülhməramlı qoşunlarının nümayəndəsi Yevgeni Karatayev bildirib.
27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejimini qoruyurlar.







