
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də Moskvada keçiriləcək.
Bu haqda ER Xarici işlər nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.
Ermənistanın xüsusi nümayəndəsi parlament sədrinin birinci müavini Ruben Rubinyandır.
Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç Ankaranın xüsusi nümayəndəsidir.







