BaşlıcaSiyasət

Erməni sülhməramlılarının vəzifəsi Qazaxıstandakı strateji əhəmiyyət kəsb edən obyektlərin mühafizəsi olacaq: ER XİN

Ermənistan hərbçilərinin vəzifəsi Qazaxıstandakı strateji əhəmiyyət kəsb edən obyektlərin mühafizəsi olacaq. Bunu ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Armenpress”ə bildirib.

O, həmçinin qeyd edib ki, hazırda ER hökuməti Ermənistan vətəndaşlarını Qazaxıstandan çıxarmaq niyyətində deyil.

“Hazırda belə bir niyyət yoxdur” – deyə XİN mətbuat katibi bildirib.

Hunanyan qeyd edib ki, Ermənistanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, ER vətəndaşları arasında zərərçəkən yoxdur.

Yanvarın 6-da ER hökuməti Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ermənistan Respublikası ərazisindən kənarda sülhməramlı əməliyyatlarda iştirakı haqqında qərar qəbul edib. Qərara görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin sülhməramlı qoşunlarına daxil olan Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstan Respublikasında aparılan sülhməramlı əməliyyatlarda iştirak etmək imkanı verilir.

Daha çox göstər
Back to top button