
Yanvarın 10-da ER Müdafiə naziri, KTMT Müdafiə nazirləri şurasının katibi Suren Papikyan ilə Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında telefon danışığı keçirilib.
Telefon danışığı zamanı Qazaxıstan Respublikasındakı vəziyyət, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının, Müdafiə nazirləri Şurasının qərarlarının icrası ilə bağlı məsələlər, KTMT-nin Kollektiv sülhməramlı qüvvələrinin fəaliyyəti, görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.







