BaşlıcaSiyasət

İHM: “Ermənilərə nifrətçilik Azərbaycan məmurlarının siyasi həyatının sponsurudur”

Azərbaycanın Ermənis-azərbaycan sərhəddində törətdiyi təxribatların əsl səbəbi – əsl mənbə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi nifrətçilik və düşmənçiliyin dövlət təbliğatı siyasətidir. Bu haqda hüquq müdafiəçisi Arman Tatoyan jurnalistlərə açıqlamasında deyib.

“Və bu, nəinki müxtəlif hallarda rast gəldiyim ritorikadır, həm də uzun illərdir həyata keçirilən dövlət siyasətidir. Tutaq ki, təhsil, elm, mədəniyyət, idman sahələrini götürək. Tamamiylə qırmızı sapla  ermənilərə nifrətçilik və düşmənçiliklə keçir,

Hətta müharibədən sonra da Azərbaycan prezidentinin özü fəxrlə bəyan etdi ki, Azərbaycanda erməni xalqına nifrət artıb” – deyərək  Tatoyan bildirib.

Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycanda anti-erməniçilik siyasəti bitməyəcək, çünki bu siyasət Azərbaycan hakimiyyətinin siyasi həyatının qida mənbəyi, məmurlarının siyasi həyatının təminatıdır.

“Ona görə də bu, məqsədyönlü siyasətdir – öz xalqımızı ermənilərə nifrətdə saxlamaq, xalqı öz problemlərindən yayındırmaqdır. Təbii ki, insan haqları və demokratiya sistemini tamamilə pozan sistem yaradılıb” – deyərək Tatoyan vurğuladyıb.

Daha çox göstər
Back to top button