
Plana uyğun olaraq KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri yanvarın 19-dən Qazaxıstandan çıxarılacaq. Bu barədə Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirdi.
“Sabah biz Ermənistan, Tacikistan, Belarusdakı həmkarlarımızın bütün qüvvələrini 14 təyyarə ilə çıxaracağıq, qırğız həmkarlar yaxınlıqda olduqlarını nəzərə alaraq, quru yol ilə gedəcəklər, sonra beş gün ərzində geri çəkilmə olacaq”,- deyə nazir qeyd etdi.
Nazir vurğuladı ki, sülhməramlılar bu günə kimi 14 obyekti, xüsusi əhəmiyyət kəsb edən obyektləri mühafizə altına aldılar.
Sergey Şoyqu onu da vurğuladı ki, Ermənistan KTMT sədri kimi Qazaxıstana sülhməramlıların göndərilməsində mühüm rol oynadı.
“Bu əməliyyat sürəti sayəsində ilk günlərdə respublikaya xaos gətirən quldurlara qarşı mübarizədə fəal iştirak edən Qazaxıstan təhlükəsizlik qurumlarının təxminən 1600 əməkdaşını azad etmək mümkün olub”,- nazir vurğuladı.







