
Ermənistan Respublikasının Xarici işlər nazirliyi Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun demarkasiyaya başlamaq üçün Yerevanın ilkin şərtlərinin Bakı üçün qəbuledilməz olduğu barədə bəyanatına cavab verib.
Jurnalistin sualına cavab olaraq Xarici işlər nazirliyinin mətbuat katibi Vahan Hunanyan vurğulayıb ki, Ermənistan tərəfinin demarkasiya üçün heç bir ilkin şərti yoxdur, söz razılaşmalardan gedir.
“Hesab edirəm ki, məsələ ilə bağlı müəyyən anlaşılmazlıq var. Erməni tərəfinin demarkasiya məsələsində heç bir ilkin şərti yoxdur.
Söz razılaşmalardan gedir. Ermənistan Respublikasının Baş naziri, RF və Azərbaycan Respublikasının prezidentləri və dövlət başçılarının Soçidə noyabrın 26-da üçtərəfli bəyanatında qeyd olunub ki,tərəflər “Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılması istiqamətində addımlar atmaq barədə razılığa gəliblər və işi demaqrasiya və delimitasiya ikitərəfli komissiya formalaşdırılması haqda şərtləşmə əldə ediblər.
Bu razılaşma bir daha təsdiqləndi. Dekabrın 14-də Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü zamanı qoşunların çıxarılması ilə bağlı razılıq əldə olunub.
Onun sözlərinə görə, erməni tərəfinin təklifləri ilkin şərtlərlə bağlı deyil, yalnız əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlıdır.
Ermənistan Respublikası hesab edir ki, yuxarıda qeyd olunan razılaşmalara uyğun olaraq demarkasiya prosesi tezliklə başlamalıdır” – deyərək Hunanyan qeyd edib.







