Başlıcaİctimaiyyət

İstənilən qumar oyununun reklamı qadağan olunacaq։ ER Parlamenti layihəni birinci oxunuşda qəbul edib

ER Parlamenti “Reklam haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. “Armenpress”in məlumatına görə, deputatların 56-sı qanun layihəsinin “lehinə”, 8-i “əleyhinə”, 16-sı “bitərəf” səs verib.

Layihədə bəzi hallar istisna olmaqla, qumar və ya internet qumar oyunlarının, kazino və ya qumar zalının, yaxud totalizatorun və ya onların təşkilatçılarının radio, televiziya və ya internetdə istənilən növ reklamı qadağan edilir.

Daha çox göstər
Back to top button