ArtsaxBaşlıcaMədəniyyət

Artsax prezidentinin sərəncamı ilə Dadivank monastırının keşişləri “Minnətdarlıq” medalı ilə təltif edildi – VİDEO

Artsax Respublikasının Dövlət naziri Artak Beglaryan hökumətdə Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyasının rəhbəri Vrtanes yepiskop Abrahamyanı və Dadivank monastırının keşişlərini qəbul etdi.

Dadivankda xidmət etdikləri üçün öz təşəkkürünü bildirən Artak Beglaryan qeyd edib ki, Dadivankın mübarizəsi bu gün bütün Artsax mübarizəsinin rəmzidir və Artsax hökuməti və dövlət başçısı Erməni Apostol Kilsəsi və Artsax Yeparxiyasının yanındadır.

“Bizim üçün siz qəhrəmansınız, çünki bizim ən əhəmiyyətli dini dəyərlərimizi məhz cəbhədə qoruyub saxlamışsınız”,-deyə Artak Beglaryan minnətdarlığını dilə gətirib.

Artsax Respublikası Prezidentinin sərəncamı ilə müharibədən sonra yaranmış çətin şəraitdə Dadivank monastırında dini xidmətlərin aparılması və monastırın qorunub saxlanılması üçün ruhanilər  “minnətdarlıq” medalı ilə təltif edildi.

Qeyd edək ki, Dadivank bu gün zəvvarlar üçün qapalıdır. Monastırda yalnız keşişlər var, dini ayinlər və ibadətlər digər kilsələrdə olduğu kimi lazımi qaydada keçirilir.

Daha çox göstər
Back to top button