Səfir Xaçatryan AŞ PA rəhbərinə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin repatriasiyası məsələsini təqdim edib

Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi Arman Xaçatryan Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks ilə görüşüb.
Bu haqda “Ermənistan Avropa Şurasında” Facebook səhifəsindən məlumatlanmışıq.
Tini Koksu AŞ PA sədri seçilməsi münasibətilə təbrik edən səfir Xaçatryan siyasi müzakirələr üçün ümumavropa platforması kimi Avropada insan hüquqlarının müdafiəsi, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində AŞ PA-nın mühüm missiyasını vurğulamışdır.
AŞ PA-nın qış sessiyası zamanı qəbul edilmiş “Ermənistanda demokratik təsisatların fəaliyyəti” adlı qətnamənin əhəmiyyəti vurğulanıb və bu qətnamə Ermənistanın demokratiyanın inkişafında mühüm irəliləyiş əldə etdiyini bir daha təsdiqləyib.
Bu kontekstdə qeyd olunub ki, Assambleya həmin qətnamədə erməni hərbi əsirlərin geri qaytarılması imperativini, mədəni irsin qorunub saxlanmasının zəruriliyini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində ədalətli həllinin zəruriliyini bir daha təsdiq edib..
Səfir Xaçatryan AŞ PA sədrinə Azərbaycanın Artsaxa qarşı başladığı müharibənin humanitar nəticələrini, o cümlədən erməni hərbi əsirlərin və digər məhbusların repatriasiyası məsələsini təqdim edib.
Bu məsələlərin gündəmə gəlməsində və həlli istiqamətində AŞ PA-nın davamlı rolunun mühümlüyü müzakirə edilib.







