BaşlıcaSiyasət

ER XİN: “Biz münaqişə zonasında faktaraşdırıcı missiyanın həyata keçirilməsini önəmli və təcili hesab edirik”

Ermənistan 44 günlük müharibə başa çatdıqdan sonra YUNESKO-nun Baş katibi Odri Azulenin təklif etdiyi Dağlıq Qarabağ münaqişəsi zonasında faktaraşdırıcı missiyanın həyata keçirilməsini təcili hesab edir. Bu haqda  ER XİN sözçüsü bildirib.

“Ermənistan bu missiyanın mümkün qədər tez həyata keçirilməsini və xüsusən “Silahlı münaqişə zamanı mədəniyyət dyərlərinin qorunması  barədə 1954-cü il Konvensiyası. Haaqa Konvensiyasına və onun iki protokoluna uyğun olaraq dəstəkləyir.

Azərbaycanın nəzarəti altında olan müharibədən sonrakı ərazilərdə erməni mədəni və dini irsini qaçılmaz məhv olmaq təhlükəsindən qorumaq üçün YUNESKO-nun faktaraşdırıcı missiyasına təcili ehtiyac yaranıb.

Erməni abidələrinə qarşı vandalizm halları, o cümlədən Azərbaycan Mədəniyyət nazirliyi tərəfindən erməni tarixi-mədəniyyət  irsinin kimliyini təhrif etmək üçün işçi qrupunun yaradıldığını elan etməsi belə bir təhlükənin reallıqdan daha çox olduğunu sübut edir.

“Biz YUNESKO-nun Baş katibinin təklif etdiyi yuxarıda qeyd olunan missiya çərçivəsində eksklüziv olaraq YUNESCO nümayəndə heyətinin Yerevana və Bakıya səfəri təklifini nəzərdən keçiririk” – deyə XİN-in bəyanatında qeyd olunub.

Daha çox göstər
Back to top button