İctimaiyyət

Ermənistan 2021-ci ildə olan göstəricələrə görə demokratiya baxımından regionda liderdir

“The Economist Group”un tədqiqat və təhlil bölməsi olan “Economist Intelligence Unit (EIU)” dünyada demokratiyanın vəziyyətinə dair qiymətləndirməsini – “2021-ci il Demokratiya İndeksi”ni yayıb. İndeks 165 müstəqil ölkəni və iki ərazini əhatələyir.

Bu indeksi Ermənistan 89-cu yerdədir. Hesabatda Ermənistanın 2020-ci illə müqayisədə balını 0.14 vahid yaxşılaşdırdığı, 5.49 bal yığdığı qeyd edilir.

Qeyd edək ki, Ermənistan regionda ən yaxşı mövqeyə malikdir. Nüfuzlu beynəlxalq insan haqları mərkəzləri hər il demokratiya prosesi ilə bağlı müxtəlif hesabatlar dərc edir və Gürcüstan tez-tez regionda lider kimi tanınır. Lakin, bu hesabatda Gürcüstan Ermənistan kimi hibrid sayılıb və ümumi 5,12 balla 91-ci yerdədir. Hesabatda Türkiyə də hibriddir, 4,35 xalla 103-cü yerdədri.

Azərbaycan indeksdə Rusiya, Orta Asiya ölkələri, Belarus, İran, Əfqanıstanla bir sırada – avtoritar rejimlər qrupunda yer alıb. Ölkənin ümumi balı 2.68-dir, 141-ci pillədədir.

Ölkədə seçki prosesi və plüralizmin vəziyyəti 0.50, hökumətin işləkliyi 2.50, siyasi iştiraklılıq 2.78, siyasi mədəniyyət 5.00, vətəndaş azadlıqları isə 2.65 balla dəyərləndirilib.

Hesabatda deyilir ki, Azərbaycan, Tacikistan və Türkmənistanın balı keçən ildəki kimi qalıb. 2021-ci ildə əhalinin narazılığı güclənib, bu ölkələrin rejimləri isə buna repressiv siyasətlə cavab veriblər. 

Norveç 9.75 balla dünyada demokratiyaya görə yenə birincidir. Skandinaviya ölkələri ilk altı yerdən beşini tutublar. İspaniya məhkəmələrin müstəqilliyi üzrə zəif bal yığdığına görə “tam demokratiya”dan “qüsurlu demokratiya” qrupuna düşüb.

Daha çox göstər
Back to top button