BaşlıcaEkonomika

Artaşes Tumanyan: “10 gündən sonra dəmir yolunun iki bərpa olunmuş hissəsində tədqiqatlara başlanılacaq”

Təxminən on gündən sonra mütəxəssislər Ermənistan-Azərbaycan dəmir yolunun iki bərpa olunmuş hissəsində instrumental tədqiqatlara başlayacaq və bunun əsasında layihə hazırlanacaq.

Bu haqda  “Azatutyun”un efirində dəmir yolunun bərpası proqramı üzrə işçi qrupunun rəhbəri Artaşes Tumanyan qeyd edib.

“Qeyd edək ki, həmin qrupun işində təkcə bizim işçi qrupun üzvləri deyil, həm də Rusiya dəmir yolunun mütəxəssisləri də iştirak edəcəklər” – deyərək Tumanyan bildirib.

Sovet İttifaqının d  süqutundan  sonra fəaliyyət göstərməyən Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolunun yenidən açılmasına dair razılaşma ötən ilin sonunda Soçidə, daha sonra Brüsseldə iki ölkə rəhbərlərinin  görüşlərindən sonra açıq şəkildə elan edilmişdi.

Buna əsasən, Ermənistan Azərbaycanla əlaqəni bərpa etmək üçün Meğri hissəsində 45 kilometrlik dəmir yolu çəkməlidir.

Bir ay əvvəl hökumət yenidənqurma işləri üçün 10 nəfərlik xüsusi işçi qrupu yaradıb ki, ona Baş nazirin müşaviri, Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edir.

Tikintiyə nə vaxt başlanacağı hələlik Ermənistan tərəfinə məlum deyil. Baş nazirin müşavirinin sözlərinə görə, bu işə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə təsbit edilməlidir.

“Ermənistan tərəfinin bu cür irimiqyaslı işə başlaması hər hansı sənədli formatda təsbit edilsə, məqbuldur. Bu, ikitərəfli və ya üçüncü tərəf ola bilər, lakin ən azı hər iki tərəf buna borclu olmalıdır, çünki həmin infrastrukturlar qoşulmalıdır, onlar birlikdə işləməlidirlər.Yəni ortaq iş sahələri var” – deyərək işçi qrupunun rəhbəri bildirib.

Artaşes Tumanyan ilkin qiymətləndirmələri təqdim edib. Ermənistan-Azərbaycan dəmir yolunun Yerasx hissəsinin bərpasına aylar, 45 kilometrlik dəmir yolunun çəkiləcəyi Meqri hissəsində isə üç il vaxt lazımdır.

 Baş nazirin müşavirinin sözlərinə görə, Ermənistan üçün bu işlərin nə qədər başa gələcəyi hələlik bəlli deyil.

“Hələ də təfərrüatlara ehtiyac var. Müxtəlif arayışlarda müxtəlif rəqəmlər görmüşəm – 220, 250, 278 və s., hətta daha çox, amma bu, təkcə bununla bitmir, çünki orada bitişik strukturlar, məsələn, gömrük məntəqələri var.

Bu, dəmir yolu deyil, amma bütün o infrastruktura malik olmasaq, işləyən infrastrukturumuz olmayacaq” – deyə Tumanyan yekunlaşdırıb.

Bundan əvvəl Baş nazirin müavini Mher Qriqoryan təxminən 200 milyon dollar barədə  danışmışdı.

Daha çox göstər
Back to top button