
Rusiya sülhməramlı kontingentinin hərbçiləri müasir zirehli texnikalarda mobil patrul dəstələri ilə Dağlıq Qarabağda vəziyyəti müşahidə etdilər. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, təmas xətti boyunca 100 kilometrdən artıq yürüş zamanı Rusiya sülhməramlıları atəşkəs rejiminə necə əməl olunmasını yoxlayıb, hava vəziyyətini müşahidə edib, sakinlər arasında sorğu keçirib.
Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi İvan Lexanov bildirib ki, sülhməramlılar hər gün Askeran rayonu ərazisində, təmas xətti boyunca monitorinqlər aparır, yaşayış məntəqələrində dayanır, qanun pozuntularını aşkar etmək üçün yerli sakinlərlə əlaqə saxlayırlar.







