
Fevralın 19-da ER Xarici işlər naziri Ararat Mirzoyan Almaniya Beynəlxalq Əməkdaşlıq Assosiasiyası (GIZ) tərəfindən Cənubi Qafqaz regionunun inkişaf perspektivlərinə həsr olunmuş Münhen Təhlükəsizlik konfransı çərçivəsində təşkil olunmuş müzakirədə iştirak etmişdir.
“Chatham House”un qaydalarına uyğun keçirilən tədbirdə Ararat Mirzoyan çıxış edərək iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə həmçinin Gürcüstanın Baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Dünya Bankının Prezidenti David Malpas, ATƏT-in Baş katibi Helqa Mariya Şmid, GİZ-in direktoru İnqrid-Qabriela Hoven, Almaniyanın iqtisadi əməkdaşlıq naziri iştirak ediblər.







