BaşlıcaSiyasət

Bakının cinayət əməlləri məsuliyyət mexanizmləri tətbiq olunana qədər davam edəcək: Deputat

Bu yaxınlarda Azərbaycan Prokurorluğunun nümayəndəsi Gəncəyə raket hücumu hekayəsinə istinadən qeyd etdi ki, Artsax Respublikasının prezidenti Arayik Harutyunyana cinayət işi başlanılıb. Bu barədə “Facebook” səhifəsində ER Parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Taguhi Tovmasyan bildirdi.

Taguhi Tovmasyan qeyd etdi ki, Azərbaycan gücdən istifadə etməklə bütün beynəlxalq əsas prinsiplərini pozaraq, Artsaxa qarşı genişmiqyaslı hərbi təcavüzə başladığı, beynəlxalq səviyyəsində qadağan olunmuş silahlardan istifadə etdiği, Artsax Respublikasının mülki əhəlisini hədələdiyi halda Azərbaycan hakimiyyətinin nümayəndəsi raket hücumlarından danışır

“Beynəlxalq həmkarlarımın diqqətini bu fakta yönəldirəm ki, Artsaxın dinc əhalisinə qarşı müharibə başlayan dövlət hökumətinin nümayəndəsi bəyan edir ki, özünün müdafiəsini həyata keçirən dövlətinin qanuni prezidentinə qarşı cinayət işi qaldırılıb. Cinayət işinin məqsədi Artsax əhalisini qorxutmaqdır.

Artsax Respublikasının Prezidenti “özünü respublikas rəhbəri kimi təqdim edən” kimi təqdim olunub o halda ki, 1991-ci ilin sentyabrın 2-də “Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında” qərarı qəbul olunub, 1991-ci il dekabrın 10-da DQR Referendumu ilə Dağlıq Qarabağ Respublikası elan olunub, bu da beynəlxalq hüquq normalarına və SSRİ qanunvericiliyinə tam uyğundur.

Mən Azərbaycanın Artsax xalqının demokratik seçkilər yolu ilə seçdiyi prezident institutuna qarşı bu davranışının pislənməsi üçün ayrı-ayrı məktublarda beynəlxalq təşkilatlara müraciət etdim. Müvafiq məsuliyyət mexanizmləri tətbiq olunana qədər Azərbaycan cinayətkar fəaliyyətini davam etdirəcək”,- deyə yazdı.

Daha çox göstər
Back to top button