BaşlıcaSiyasət

V.Voskanyan: “Sözügedən başıpozuğa xatırladım ki, Azərbaycan həbsxanalarında bir çox şiə dindarları qanunsuz saxlanılır”

İranşünas Vardan Voskanyan Ermənistana gələn azərbaycanlı deputatların Göy məscidi Azərbaycana aid etməsinə münasibət bildirib.

O, öz Facebook səhifəsində yazıb. “Demək olar ki, əminəm ki, İran memarlığının incisi olan Yerevanın  iran memarlığının incilərindən olan  Göy məscidə ziyarət edən  və social şəbəkələrdə  təxribat xarakterli paylaşımlar edən Bakının diktatura rejiminin nümayəndəsi, əsl şiə müsəlmanının necə namaz qılmalı olduğunu belə bilmir.

Adıçəkilən başıpozuğun nəzərinə çatdıraq ki,Azərbaycan adlanan süni yaranmış təşkilin məhbəslərində  məhz bu anda  qeyri-qanuni çoxsaylı şiyə dindarlar saxlanılır ki, onlar da vicdan məhbuslarıdır.

Onlar məhz Apşeron yarmadasında olan  Nardaran qəsəbəsindəki məscidlərində  ibadət etmək, namaz qılmaq imkanlarından məhrum olunmuşlar.

Hər hansı ikiüzlülüyün, həyasızlığın bir həddi olmalıdır, görünür, bunların  yoxudur”.

Ermənistan Xəbərləri-NEWS.am-in daha əvvəl verdiyi məlumata görə, “Avronest” parlament sssambleyasında iştirak etmək üçün Yerevanda səfərdə olan azərbaycanlı deputatlar Sultan Məmmədov və Tahir Mirkişili Maştots prospektində yerləşən İranın Göy Məscidinə ziyarət etmiş və onu  Azərbaycana aid olduğunu  demişdir.

“Biz Göy məscidi ziyarət etdik. Bildiyimizə görə, bu, Yerevanda qorunub saxlanılan yeganə Azərbaycan abidəsidir. Divarlardakı yazılar başqa ölkəyə aid olsa da, divarlar, memarlıq və ruh yalnız bizə məxsusdur.

Biz  inanırıq ki, bir gün bu məscidin əsl sahibləri öz dualarını burada ucalda biləcəklər: Azərbaycanlıların dualarısa   xeyirxahdır və nəhayət nəhayət ki, yerinə yetər”-deyərək  o, qeyd edib.

Xatırladaq ki, məscid İranındır. Azərbaycan Ermənistana ərazi iddialarını əsaslandırmaq üçün mütəmadi olaraq onu “mənimsəməyə” çalışır.

Daha çox göstər
Back to top button