BaşlıcaSiyasət

Parlamentdə müzakirə: “Azərbaycanın insanlığa qarşı törətdiyi cinayətlərə beynəlxalq ictimaiyyət qiymət verməlidir”

Fevralın 28-də Azərbaycan SSR-də  təşkil olunmuş qırğınlar qurbanlarının anım günü və deportasiya olunmuş erməni əhalisinin hüquqlarının müdafiəsi günü parlamentin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr daimi komissiyasının sədri  Taquhi Tovmasyanın təşəbbüsü ilə konfrans- müzakirə keçirilib ki, orada akademik dairlərin  nümayəndələri iştirak edib.

Komissiya sədri xatırladıb ki, 34 il əvvəl bu günlərdə dinc erməni əhalisi kütləvi zorakılıqlara, işgəncələrə məruz qalıb.

Millət vəkili 1915-ci il erməni soyqırımını xatırladan Sumqayıt, Bakı və Kirovabadda erməni əhaliyə qarşı kütləvi qırğınların və etnik təmizləmələrin müntəzəm xarakter daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, 30 ilə yaxındır ki, Azərbaycan öz ölkəsində o qədər ermənilərə  nifrətçilik toxumunu səpib ki,  2020-ci ildə Azərbaycanın Artsaxa qarşı başladığı azğın hərbi təcavüzü günlərində biz qeyri-insani vəhşiliklərin şahidi olduq.

Azərbaycan insanlığa qarşı cinayətlərlə yanaşı, Ermənistanın dinc əhalisini də qətlə yetirib, uşaq bağçalarını, məktəbləri və xəstəxanaları hədəfə alıb.

Taquhi Tovmasyanın sözlərincə , Azərbaycanın bəşəriyyətə qarşı törətdiyi cinayətlərə beynəlxalq ictimaiyyət cavab verməli və ona qiymət verməlidir.

“Bir daha qeyd etmək istərdim ki, nə qədər ki, məsuliyyət mexanizmləri mövcud deyil, Azərbaycanın soyqırımı siyasəti, beynəlxalq normaların pozulması, insanlığa qarşı cinayətlər davam edəcəkdir”.

İştirakçılar belə bir müzakirənin vacibliyini vurğulayaraq, bu istiqamətdə araşdırmaların aparılmasının, beynəlxalq ictimaiyyətlə əməkdaşlığın, dövlət strategiyasının olmasının, eləcə də siyasi gündəliyin formalaşdırılmasının zəruriliyini vurğulayıblar.

Daha çox göstər
Back to top button