
ABŞ konqresmeni Bred Şerman əmindir ki, Sumqayıt və Bakıda ermənilərə qarşı zorakılıq və qırğınlar kimi cinayətlər tanınmadan qalmadı.
Bu haqda o, Sumqayıt və Bakı qırğınlarının ildönümü ilə bağlı açıqlamasında bildirib.
Şerman xatırladıb ki, 1988-ci ildə Sumqayıtda, sonra Kirovabadda (Qəndzək), 1990-cı ildə Bakıda Azərbaycan hakimiyyətinin antierməni əhval-ruhiyyəsi nəticəsində ermənilərə qarşı kütləvi qırğınlar törədilib, dinc sakinlər öldürülüb və ağır yaralanıb, qadınlar və qızlar zorlanmış, bəziləri yandırılmış, minlərlə insan öz dogma yuvalarını tərk etmək məcburiyyətində qalmışdır.
“Sumqayıt qətliamının qurbanlarının xatirəsini yad edərkən biz bu ildönümünü təcavüzün və etnik nifrətin nəticələrini xatırlamaq üçün istifadə etməliyik.
Bu xatırlatma bu gün Azərbaycan hökumətinin Ermənistan və Artsaxa qarşı dövlət tərəfindən dəstəklənən zorakılıq siyasətini davam etdirdiyi bir vaxtda xüsusilə aydın görünür.
Dünya 2020-ci ildə Artsaxın işğalı zamanı Azərbaycan qüvvələrinin Ermənistanın mülki əhalisinə, o cümlədən qadınlara və qocalara qarşı dəhşətli müharibə cinayətləri törətməsi və hərbi əməliyyatlar başa çatdıqdan sonra erməni hərbi əsirləri qanunsuz olaraq həbs etməsi zamanı Azərbaycanın ermənilərə qarşı hədsiz nifrətinin şahidi olub.
İndiyəcən bir çox hərbi əsirlər hələ də Azərbaycanda saxlanılmaqdadır” – deyərək Şerman bildirib.
O, bəyan edib ki, Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin erməni xalqına onilliklər ərzində göstərdiyi və bu günə qədər davam edən nifrətinə görə cavab verməlidir.
“İnsanlığa qarşı bu cür cinayətlər, istər dünən, istər 30, istərsə də 100 il əvvəl baş versə belə , heç vaxt tanınmadan qalmamalı və məsuliyyətdən yayınmamalıdır” – deyərək Şermanqeyd edib.
O xatırladıb ki, ABŞ Konqresindəki uzunmüddətli fəaliyyəti bu cür qırğınların işıqlandırılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə həsr olunub.
“Bu ildönümündə biz anti-erməni nifrətinə qarşı çıxmaq və belə bir tarixin təkrarlanmasının qarşısını almaq əzmində olduğumuzu bir daha təsdiqləyirik”- deyərək konqresmen bəyan edib.







