BaşlıcaSiyasət

Ermənistan məsələlərin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır: Ağacanyan Ukrayna hadisələri haqqında

Ermənistan Respublikası Ukrayna ərazisində baş verən hadisələrdən narahatdır.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Eduard Ağacanyan jurnalistlərin Ukrayna ətrafında baş verənlərlə bağlı Ermənistanın mövqeyi haqqında sualına cavab verərkən deyib.

“Ermənistan təbii ki, mövcud vəziyyətdən çox narahatdır. İstənilən müharibənin çox ağrılı nəticələri olur, Ermənistan Respublikası məsələlərin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Bu vəziyyət narahatlıq doğurur, Ermənistan Respublikası beynəlxalq birliyin üzvü olmaqla, müəyyən mövqeyə malik olmaqla yanaşı, həm də regionumuzda bu prosesin mümkün nəticələrindən narahatdır. Biz hadisələrin gedişatını çox diqqətlə izləyirik. Ermənistan istənilən nəticələrə hazır olmalıdır”, – Ağacanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan üçün ən arzuolunan inkişaf döyüşlərin bir an öncə dayandırılması və diplomatik həllə keçməsidir.

“Amma bunlar Ermənistanın nəzarətindən kənarda olan məsələlərdir, hazırda bizə qalan yeganə şey regionumuzdakı riskləri ən yaxşı şəkildə qiymətləndirmək və ona uyğun irəliləməkdir”, – Ağacanayan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button