
Rəsmi Kiyev, Cenevrədə Ukrayna məsələsi ilə bağlı Ermənistanın səsverməsini yaxşı siqnal hesab edir və belə bir mövqenin davam edəcəyinə ümid edir.
Bu barədə Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Denis Avtonomov Ukrayna səfirliyində mətbuat konfransında jurnalistlərə bildirib.
Ermənistanın Rusiya Federasiyasının strateji müttəfiqi olduğunu nəzərə alaraq, indiki vəziyyətdə Ermənistan Respublikasından hansı addımları gözlədiklərinə dair sualına Avtonomov cavab verib ki, Ermənistan hələ Rusiya silahlı qüvvələrinin Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara münasibət bildirməyib, lakin fevralın 28-də Cenevrədə keçirilən səsvermə zamanı Ermənistanın mövqeyini müsbət qiymətləndirib.
“Bu, son illərdə Ermənistanın Rusiyanın mövqeyini dəstəkləmədiyi ilk haldır. Düşünürük ki, bu yaxşı siqnaldır, ümid edirik ki, belə bir mövqe ən azından davam edəcəkdir”,-o qeyd etdi.







